AZ

Protokolun surətinin avtomobilin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır

Bakı. Trend:

Qaydalarının pozulmasına görə inzibati xəta haqqında qərarınsurətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradanqaldırılacaq.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsində bildirilib ki, “Yol hərəkəti haqqında” Qanundanəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı,nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texnikibaxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi,dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyənnormalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektronqərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyimüəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsihəmin qərarın verildiyi vaxt hesab olunur. Təklif ediləndəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumatçatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesabolunur.

Bundan başqa qanun layihəsində dayanma və ya durma qaydalarının,parklanma qaydalarının pozulmasına görə İnzibati XətalarMəcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xətahaqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinəqoyulması tələbinin aradan qaldırılması da təklif edilir.

Bu da sənədlərin çatdırılması real vaxt rejimində həyatakeçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindənyaranıb.

Məqalədə:
Seçilən
49
az.trend.az

1Mənbələr