AZ

İran Dünya Çempionatından çıxa bilər: FIFA ehtiyat variantları araşdırır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

FIFA ABŞ, Meksika və Kanadada iyunun əvvəlində başlayacaq Dünya Çempionatında İran millisinin iştirak edə bilməməsi halına hazırlaşır.

Bizimyol.info xəbər verir ki, İranın idman naziri Əhməd Donyamali ölkəsinin turnirdə iştirak edə bilməyəcəyini bildirməsi ilə, 28 fevralda İranın ali rəhbəri Əli Xamenei öldürüldükdən sonra regiondakı gərginlik fonunda potensial imtinanın ən aydın siqnalını verib.

Rəsmi qərar hələ qəbul edilməsə də, FIFA İran komandasının yerini doldurmaq üçün tez bir zamanda addım atmalıdır. Turnirin qaydalarında maliyyə sanksiyaları nəzərdə tutulub və boş qalan yerin doldurulması üçün istənilən komandaya dəvət göndərmək imkanı var. Ekspertlər qeyd edirlər ki, İranın imtinası halında sanksiyalar mövcud vəziyyət nəzərə alınaraq yumşaldıla bilər.

İran millisi Asiya seçim mərhələsində A qrupunda birinci yeri tutaraq dördüncü dəfə ardıcıl Dünya Çempionatına vəsiqə qazanıb. Əvəzləyici namizədlər kimi İraq və Birləşmiş Ərəb Əmirlikləri adı çəkilir. İraq millisi baş məşqçisi FIFA-ya interkontinental play-off-u təxirə salmağı təklif edib ki, İranla bağlı vəziyyət qiymətləndirilsin və komanda final mərhələsinə hazırlaşsın.

FIFA hələ Donyamalinin açıqlamasına münasibət bildirməyib. Asiya Futbol Konfederasiyası isə vəziyyəti yaxından izlədiyini və ehtimal olunan əvəzləmə məsələsində əlaqədə olduğunu açıqlayıb. Ekspertlərin proqnozuna görə, qərar bütün play-off oyunları başa çatdıqdan sonra, martın sonu – aprel ayının əvvəllərində veriləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr