AZ

Dövlətin hüquqi şəxslərinin vəsaitindən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq

Bakı. Trend:

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrəistifadə etməmə cinayət hesab ediləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcəfondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsusolan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, buəməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinindəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizimiqdarında (hazırda bu cərimə 9000 manatdan 13 minmanatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyənvəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndanməhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və yamüəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üçilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər külli miqdarda törədildikdə cinayətinpredmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin)100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığınməhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumedilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Mövcud qanunvericiliyə görə, eyni əməllər külli miqdardatörədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyənfəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altıilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxscinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunanvəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azadolunacaq.

Yuxarıda “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının(səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilədövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığıqeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habeləqeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqişəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri,qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdətutulacaq.

Yuxarıda “xeyli miqdar” dedikdə 50 min manatdan 250 minmanatadək olan məbləğ, “külli miqdar” dedikdə isə 250 min manatdanyuxarı olan məbləğ başa düşülür.

Məqalədə:
Seçilən
64
2
az.trend.az

3Mənbələr