AZ

Tehranda 10 gündə 9 min hədəf VURULUB

Tehran meri Əlirza Zəkani son 10 gündə həyata keçirilən hücumlarda 9000 hədəfin vurulduğunu açıqlayıb.

Xatırladaq ki, ötən il 12 günlük münaqişə zamanı bu say 1450 olub.

“Cebheinfo.az” xəbər verir ki, dövlət televiziyasına verdiyi açıqlamada Tehran meri Əlirza Zəkani hücumların intensivliyinin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Məlumatları müqayisə edən Zəkani mövcud vəziyyətin ciddiliyini belə açıqlayıb:

“12 günlük müharibə zamanı ümumilikdə 1450 hədəf vurulsa da, son müharibənin ilk 10 günündə 9000 hədəf hücuma məruz qalıb”.

Mer bildirib ki, paytaxt boyunca genişmiqyaslı dağıntıların təmizlənməsi və zərərin qiymətləndirilməsi işləri davam edir.

Bölgədə gərginliyin artması İran infrastrukturunu hədəf alan hücumların əhatə dairəsinin genişləndiyini göstərir. Tehran administrasiyası bu hücumların ABŞ və İsraildən qaynaqlandığını bildirir.

Xəzər

"Cebheinfo.az"

Seçilən
56
cebheinfo.az

1Mənbələr