Bakı. Trend:
Uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiqediləcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan İnzibati XətalarMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Qanun layihəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər),uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb,sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin vəpenitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismanicəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizamtədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığıntörədilməsinə görə 200 manat məbləğində cəriməediləcək.
Yuxarıda göstərilən əməl Cinayət Məcəlləsinin müvafiqmaddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiqediləcək.