Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
"Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə müstəqil dövlət qura bilmərik".
Xatırladaq ki, Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var.
Ölkəmizin ərazi bütovüyünə iddianı əsaslandıran bu istinadın çıxarılması rəsmi Bakının əsas tələbi və sülh sazişinin imzlanması üçün əsas maneə idi.
Yeni Konstitusiya dəyişikliyinə hazırlaşan Ermənistan sülhə maneə olan həmin müddənı çıxarmaqla iki ölkə arasında sülh sazişininin imzalanmasına zəmin yaradır.