AZ

Bunlar insult riskini artıra bilər -Nevroloqdan XƏBƏRDARLIQ

Nevroloq Baibin Chen insultun gözlənilməz səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bəzi adi görünən hallar belə beyin qan dövranına mənfi təsir göstərə bilər. .

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Mütəxəssisin fikrincə, boyun masaj cihazları insult üçün potensial səbəb ola bilər. Çünki bu cihazların boyun və onurğa arteriyalarına güclü təsiri onların divarına ziyan vura və tromb əmələ gəlməsinə, nəticədə isə beyin qan təchizatının pozulmasına səbəb ola bilər.

Nevroloq xəbərdarlıq edib ki, başın uzun müddət arxaya əyilməsi – məsələn, gözəllik salonunda saç yuyarkən – insult riskini artıra bilər. Belə mövqe onurğa arteriyalarını sıxaraq beyin qan dövranını zəiflədə bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr