AZ

Qlobal Bakı Forumunda insanlığa uzunmüddətli təsir edə biləcək problemlər də müzakirə olunur - Barin Kayaoğlu

Bakı.Trend:

Dünya hər zaman qarışıq olub. Antik dövrlərə baxdıqda da görürükki, bəşəriyyət daim qarışıqlıq və münaqişələrlə üzləşib.

Trend xəbərverir ki, bu fikirləri bu gün XIII Qlobal Bakı Forumu çərçivəsindəAnkara Sosial Elmlər Universitetinin Amerikaşünaslıq kafedrasınınmüdiri və dosenti Barin Kayaoğlu jurnalistlərə açıqlamasındadeyib.

O bildirib ki, müasir dövrün daha təhlükəli tərəfi silahlarındaha güclü, sürətli və çox olmasıdır. Buna görə də faciələrinmiqyası da daha böyük olur:

“Lakin XIII Qlobal Bakı Forumunun burada apardığı iş çoxdəyərlidir. Burada yalnız müharibələr deyil, həm də müharibələrdənkənarda, insanlığı uzunmüddətli perspektivdə təsir edə biləcəkproblemlər müzakirə olunur. Bunlar nədir? Ətraf mühit, iqlimdəyişiklikləri, xəstəliklər, pandemiyalar”.

B.Kayaoğlu vurğulayıb ki, məhz belə mövzuların müzakirəsibaxımından XIII Qlobal Bakı Forumu və dünyanın müxtəlif yerlərindənmütəxəssisləri bir araya gətirən bu cür tədbirlər çoxqiymətlidir.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr