AZ

Tedros Qebreyesus: Xəstəliklərdən qorunmaq üçün çəkilən xərclər silahlara verilən pullardan xeyli azdır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Mümkün virus təhlükələrindən qorunmaya ayrılan qlobal xərclər müdafiə sektoruna çəkilən xərclərdən xeyli azdır".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Onun sözlərinə görə, bir böhrandan digərinə keçən dünya bundan heç bir nəticə çıxarmayaraq özünü dəfələrlə əvvəlki səhvləri təkrarlamağa məhkum edir.

"Pandemiyalar milyonlarla insanın həyatına son qoya, iqtisadiyyatları və cəmiyyətləri iflic edə bilsə də, qlobal miqyasda bir-birimizdən qorunmaq üçün xərclədiyimiz trilyonlarla müqayisədə mümkün virus təhlükələrindən qorunmaya nisbətən az vəsait xərcləyirik", - o qeyd edib.

ÜST-ün rəhbəri vurğulayıb ki, COVID-19 pandemiyası qloballaşan dünyada səhiyyənin təhlükəsizliyi birbaşa milli təhlükəsizliklə bağlı olduğunu göstərdi.

Onun sözlərinə görə, viruslar sərhəd tanımır, dezinformasiya isə diplomatik informasiyalardan daha sürətlə yayılır.

Qebreyesus əlavə edib ki, səhiyyə ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma ola bilər, çünki təhlükəsizlik, inkişaf, ədalət və etimad məsələlərinin kəsişməsində yerləşir. Onun fikrincə, hətta münaqişə şəraitində belə dövlətlər ümumi təhdidlər qarşısında birgə həll yolları axtarmaq üçün birləşməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
oxu.az

1Mənbələr