AZ

Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi 99 HQ 022 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 16:55 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 99-HQ-022 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsünişanlanma xəttinin tələbini pozub.

Belə ki, sıxlıqda gözləmək istəməyən sürücü əsas hərəkət zolağından çıxaraq parklanma üçün nəzərdə tutulmuş zolağa daxil olub və həmin zolaqla irəliləyib. Bu isə həm yoldakı tıxacın şiddətləndirə, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yarada bilər.

Hər bir sürücü yollarda süni üstünlük qazanmaq üçün belə manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına riayət etməlidir. Bu, həm təhlükəsizliyin təmin olunmasına, həm də yol hərəkətinin daha nizamlı təşkilinə xidmət edir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr