ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri zamanı Erməni Soyqırımı Muzey-İnstitutu direktoru Edita Qzoyan ona "Artsax" haqqında kitab hədiyyə edib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan açıqlayıb.
"Soyqırım Muzey-İnstitutu direktorundan istefa verməsini xahiş etdim. Bu, mənim göstərişim idi. Vensə Artsax haqqında kitab hədiyyə etməyi hökumətin siyasətinə zidd olaraq təxribatçı bir hərəkət hesab etdim", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, dünən Erməni Soyqırımı Muzey-İnstitutu direktoru Edita Qzoyan işdən çıxarılıb.
Ağarza Elçinoğlu