AZ

Özbək ekstrasensin qəbulunu təşkil edən klinikalar cəzalandırılacaq?

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda məşhur özbək ekstrasens İqbol Soliyev saxlanılıb.

Özəl klinikalarda həmin ekstrasensin qəbullarına dair videolar paylaşılmışdı.

Videolardan belə məlum olurdu ki, ekstrasensin qəbullarında izdiham yaşanıb. 

Bəs görəsən, ekstrasensin qəbullarını təşkil edən klinikalarla bağlı hansısa tədbir görüləcək?

Analtik Ekspertiza Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki,  AEM tərəfindən video materiala baxış zamanı hər hansı tibbi müdaxilə və ya tibbi xidmətin göstərilməsi faktı müşahidə olunmur:

"Bu səbəbdən qeyd olunan fəaliyyət tibb fəaliyyəti kimi qiymətləndirilmir. “Bi-Es” klinikasına gəldikdə isə, müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərir və lisenziyada nəzərdə tutulan xidmətlər çərçivəsində fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab olunur. Qeyd olunan konkret faktla bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığından, iş üzrə ətraflı məlumat yalnız istintaq orqanları tərəfindən təqdim edilə bilər.

Ümumilikdə bildiririk ki, mediada qeyd olunan və “əl enerjisi ilə müalicə” kimi təqdim edilən üsullar tibbi fəaliyyət növü hesab edilmir və lisenziyalaşdırılan tibbi xidmətlər siyahısına daxil olmadığından həmin fəaliyyətlərə Səhiyyə Nazirliyi tərəfindən nəzarət həyata keçirilmir". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
lent.az

1Mənbələr