Bakı.Trend:
Dünya sürətlə və əsaslı şəkildə dəyişir.
Trend xəbər verirki, bunu bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvüJelka Sviyanoviç “Keçid dövründə olan dünyada fikir ayrılıqlarınınaradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal BakıForumunun açılış mərasimində deyib.
“Dünya sürətlə və əsaslı şəkildə dəyişir və biz siyasi,iqtisadi, texnoloji və sosial sahələrdə dərin və genişmiqyaslıtransformasiyanın şahidi oluruq. Belə şəraitdə sıx əlaqələr,tərəfdaşlıq və əməkdaşlıq hər zamankından daha çox zəruridir.Postsosialist cəmiyyətlərdən gələn bizlər yaxşı bilirik ki, hər birkeçid dövrü çətinliklər, qeyri-müəyyənlik və ciddi çağırışlarlamüşayiət olunur. Bununla belə, biz həm də anlayırıq ki, kifayətqədər müdrik olub daha yaxşı həllər yaratmaq üçün resurslarımızıbirləşdirə bilsək, hər bir böhran həm ayrı-ayrılıqda ölkələrimiz,həm də bütövlükdə , regional və qlobal səviyyədə yeni imkanlaraçar”, - o bildirib.
Sviyanoviç qeyd edib ki, qlobal dəyişikliklərin bu turbulentdövrü beynəlxalq münasibətlərdə müəyyən nizamın bərpa olunması üçündə imkan yaradır.
“Son otuz ildə biz qlobal elitaların, xüsusilə Qərbdə,ədalətsizlik və riyakarlığının şahidi olmuşuq; onlar çox vaxt bəyanetdikləri dəyərlərdən sui-istifadə ediblər”, - o bildirib.
Sviyanoviç vurğulayıb ki, dialoq hər bir sivil siyasi icmanın,eləcə də hər bir regionun və ümumilikdə dünyanın ehtiyac duyduğuəsas amildir.
“Daxili və qlobal parçalanmaları effektiv şəkildə aradanqaldırmaq üçün əvvəlcə onların köklü səbəblərini anlamaq lazımdır.Bir-birimizi dinləmək və fərqli baxışları qəbul etmək istəyi də ənazı bunun qədər vacibdir; onları sadəcə başdan etmək olmaz”, - deyəo əlavə edib.