AZ

Qazaxıstan 10 minə yaxın vətəndaşını Yaxın Şərqdən çıxarıb

Astana, 12 mart, AZƏRTAC

Qazaxıstanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin köməyi ilə Yaxın Şərqdən 9926 qazaxıstanlı geri qaytarılıb.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Türkmənistan sərhədindəki quru keçid məntəqələri vasitəsilə İrandan üç vətəndaş geri qaytarılıb. Təxliyənin başlanğıcından bəri Qazaxıstanın 69 vətəndaşı İrandan çıxarılıb. Bundan əlavə, İsraildən 68 vətəndaş təxliyə edilib.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri bu istiqamətdə səyləri yerində əlaqələndirməyə, həmvətənləri ilə daimi əlaqə saxlamağa və lazımi yardım göstərməyə davam edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
53
1
azertag.az

2Mənbələr