AZ

Çin altıncı nəsil qırıcılar üçün super möhkəm material hazırlayıb

Çinin “China National Building Material Group” şirkəti poladdan on dəfə çox dartılma möhkəmliyinə malik T1200 dərəcəli karbon lifi olan SYT80-i təqdim edib.

Herbiand.az bildirir ki, super möhkəm SYT80 karbon lifi 8000 MPa-dan çox dartılma möhkəmliyinə malikdir.

Müqayisə üçün, ənənəvi struktur poladın dartılma möhkəmliyi adətən 400-600 MPa arasında dəyişir. Şirkət vurğulayıb ki, SYT80-in hazırlanması böyük irəliləyişdir. Bu, Çinin bütün yüksək performanslı karbon lifi təchizat zəncirinə tam müstəqil nəzarət əldə etdiyini nümayiş etdirir.

Məlumata görə, materialın son dərəcə aşağı sıxlığı və ultra yüksək möhkəmliyi onun daha yüngül, daha güclü aerokosmik komponentlər yaratmaq, xüsusən də böyük təyyarələri daha yüngül və təhlükəsiz, kosmik nəqliyyatı daha səmərəli, dərin kosmik tədqiqatları daha geniş etmək üçün istifadəsinə imkan verir.

Texnologiya və Strategiya Tədqiqatları İnstitutunun eksperti Çen Tzin Global Times qəzetində qeyd edib ki, yeni karbon lifindən altıncı nəsil qırıcı təyyarələrin istehsalında da istifadə etmək olar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
herbiand.az

1Mənbələr