AZ

Azər Kərimli: “Münaqişə mərhələsindən sülh gündəliyinə keçid Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları açaraq region dövlətləri arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir”



“Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillərdən birinə çevrilib. Azərbaycan isə son illərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində həm Avropa ilə iqtisadi inteqrasiyanı gücləndirib, həm də regionda mühüm logistika və enerji mərkəzi kimi mövqeyini möhkəmləndirib. Bu tendensiya ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxtərəfli əməkdaşlıq siyasətinin bariz göstəricisidir. Prezident İlham Əliyev martın 11-də mətbuata bəyanatla etdiyi çıxışında diqqətə çatdırdı ki, Azərbaycanın xarici ticarət strukturunda Avropa xüsusi yer tutur. Son statistik göstəricilər də təsdiqləyir ki, ölkəmizin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Avropa bazarı ilə bağlıdır. Bu fakt Avropa ilə iqtisadi əlaqələrin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda geniş investisiya və ticarət əməkdaşlığı üçün böyük potensialın mövcud olduğunu göstərir. Qarşılıqlı sərmayələrin artırılması və yeni layihələrin həyata keçirilməsi isə bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.”

Milli Məclisin deputatı Azər Kərimli Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri ilə bağlı aia.az-a verdiyi açıqlamasında belə deyib.


Millət vəkili daha sonra bildirib ki, Avropa ölkələri ilə enerji sahəsində tərəfdaşlıqla yanaşı, Azərbaycan son illərdə bərpaolunan enerji istiqamətində də geniş proqramlar həyata keçirir: “Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, ölkəmiz günəş, külək və su enerjisi kimi alternativ mənbələrin inkişafına böyük həcmdə sərmayə yatırır. Məqsəd yaxın illərdə iri həcmdə bərpaolunan enerji istehsal edərək həm daxili tələbatı qarşılamaq, həm də ixrac imkanlarını genişləndirməkdir. Bu strategiya Azərbaycanın enerji siyasətinin uzunmüddətli və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını göstərir. Xüsusilə külək və günəş enerjisi sahəsində mövcud potensial ölkəmizin gələcəkdə Avropanın yaşıl enerji gündəliyində mühüm rol oynaya biləcəyini göstərir. Bu istiqamətdə Avropa tərəfdaşları ilə həyata keçirilən layihələr enerji ötürücü xətlərinin və yeni infrastrukturların yaradılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji sahəsində Avropa ilə əməkdaşlığı genişləndirir. Eyni zamanda nəqliyyat və logistika layihələri də tərəfdaşlığın mühüm istiqamətlərindən biri kimi ön plana çıxır. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Azərbaycanın coğrafi mövqeyi bu layihənin reallaşmasında ölkəmizə xüsusi strateji üstünlük qazandırır. Nəqliyyat infrastrukturunun inkişafı isə regionun iqtisadi potensialının daha effektiv istifadə olunmasına şərait yaradır. Bununla yanaşı, regionda sülh və sabitliyin möhkəmləndirilməsi də iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Son illərdə münaqişə mərhələsindən sülh gündəliyinə keçid Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları açıb. Bu proses təkcə siyasi deyil, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır və region dövlətləri arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Bütün bunlar göstərir ki, Azərbaycan qlobal enerji və nəqliyyat sistemində mühüm mövqeyə malik olmaqla yanaşı, eyni zamanda regional sabitliyin möhkəmləndirilməsinə də töhfə verir. Ölkəmizin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasət həm iqtisadi tərəfdaşlığın genişlənməsinə, həm də beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bu isə Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji əhəmiyyətinin daha da gücləndiyini nümayiş etdirir” – deyə, Azər Kərimli fikirlərini tamamla



Seçilən
29
1
aia.az

2Mənbələr