AZ

İki azərbaycanlının adı 90 milyardlıq beynəlxaq qalmaqalda çəkilir

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bir İT texnologiyasının səhvi nəticəsində Rusiya neftinin qanunsuz satışını həyata keçirən şirkətlər şəbəkəsi ifşa olunub. Aralarında azərbaycanlı iş adamlarının da yer aldığı şəbəkə 90 milyard dollar dəyərindən daha çox rus neftinin qanunsuz satışını həyata keçirib. 

Gununsesi.info bildirir ki, bu barədə  nüfuzlu  Financial Times qəzetinin araşdırmasında yazılıb.

90 milyardlıq Rusiya nefti satan şəbəkə azərbaycanlı iş adamı Tahir Qarayev tərəfindən yaradılmış Coral Energy ilə əlaqəli treyderləri də əhatə edir. FT-nin yazdığına görə, Böyük Britaniya sanksiyalar siyahısında yer alan Tahir Qarayev neft satışı şəbəkəsində mühüm yer tutur.

Bu şəbəkədə əsas fiqurlardan biri də, Rosneft-in baş icraçı direktoru Iaəİ1or Seçin ilə yaxın əlaqələri olan azərbaycanlı iş adamı Etibar Eyyubdur. E.Eyyub ötən il Böyük Britaniya tərəfindən Coral Enerji və Nord Axis şirkətlərinə sahiblik etdiyi və direktor olduğu üçün sanksiya siyahısına salınıb.

Aİ Etibar Eyyubun xüsusilə Rosneft şirkətinə məxsus neftin əsl mənşəyini gizlədərək daşınmasına və ixracına şərait yaratdığı üçün sanksiyalara düşüb.

Financial Times-ə danışan treyderlərin sözlərinə görə, Qarayev Coral Enerji şirkətinin təsisçisi olsa da, faktiki rəhbərlik Etibar Eyyubun əlində olub: “Ticarət baxımından real güc həmişə Etibarın əlində olub”. Mənbə həmçinin E.Eyyubun “özündən çox razı göründüyünü” və “hər kəsin onun şəxsi təyyarə ilə uçduğunu bilməsinə xüsusi diqqət yetirdiyini” əlavə edib.

Eyyub və Qarayev “Coral Enerji”ni daha sonra “2Rivers DMCC” şirkətini təsis ediblər. Hər iki şirkət sanksiyalara düşdükdən sonra iş adamları şirkətlərdən ayrılıb. Rusiya neft bazarı ilə tanış iki treyder Financial Times-ə bildirib ki, Rusiya neftinin iri ixracatçılarından hesab olunan “Redwood” şirkəti Etibar Eyyuba məxsus ticarət aləti olduğu güman edilir. Hazırkı və keçmiş Rusiya enerji rəhbərləri Financial Times-ə deyiblər ki, sanksiya siyahısına salınan iş adamları tanınmayan və az tanınan şirkətlərdən vasitəçi kimi istifadə edirlər.

Tahir Qarayev FT-ə açıqlamasında, Rusiya neftinin daşınması, ticarəti və ya ixracı ilə bağlı hər hansı şəbəkədə “əsas fiqur” olduğunu qəti rədd edib. Etibar Eyyub isə Financial Times-in sorğularını cavablandırmayıb. O Aİ-nin sanksiya siyahısına salınarkən bu addımı “əsassız” adlandırıb və heç vaxt qanunsuz və ya yanlış bir iş görmədiyini bildirib.

Adları çəklən azərbaycanlı iş adamları olayla bağlı  susub.

Belə ki, onlar ya  deyilənləri rədd nə də təsdiq  edirlər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
icma.az

1Mənbələr