Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 12 mart, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kiloqram) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kiloqram) gümüş, Vüsal Xəlilov (65 kiloqram) və Zaur Səmədov (90 kiloqram) bürünc medala yiyələniblər. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.