The New York Times qəzetinin verdiyi məlumata görə, ABŞ və İsrail İranın ən qədim bankının filialına zərbə endirdikdən sonra xarici banklar işçilərini Dubay və Qətərdəki ofislərinə getməməyə çağırıblar.
Amerikanın Citi bankı daxili bildirişdə "artan təhlükəsizlik narahatlıqları"nı əsas gətirərək, işçilərinə Dubay Beynəlxalq Maliyyə Mərkəzindəki regional qərargahını dərhal tərk etməyi əmr edib.
Britaniyanın Standard Chartered bankı da regional mərkəzinin işçilərini onlayn işləməyə köçürüb.
Qonşu Qətərdə HSBC müvəqqəti olaraq hər üç filialını bağlayıb.
Qeyd edək ki, daha öncə İranın xarici işlər naziri Abbas Əraqçi ölkə silahlı qüvvələrinin ABŞ və İsrailin İran bankına hücumuna cavab verəcəyini bildirib.
SAMİRƏ