AZ

Müasir aqressiv dünyada ədalət prinsiplərinə riayət etməyə can atmaq vacibdir

Bakı. Trend:

Müasir aqressiv dünyada ədalət prinsiplərinə riayət etməyə canatmaq vacibdir.

Trend xəbər verirki, bunu bu gün Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberqa“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumununaçılışında bildirib.

“Dünya təhlükəli, aqressiv, mahiyyət etibarilə pis və dəhşətliideyalarla doludur. Lakin eyni zamanda bizim can atmalı olduğumuzdəyərlər də var. Tarix göstərir ki, həqiqi böyüklük mövcuddur.Ədalətin, haqqın və qaydaların nə olduğu, onların barbarlığısivilizasiyadan necə fərqləndirə bildiyi barədə anlayış var”, –deyə o qeyd edib.

Sabiq prezident vurğulayıb ki, parçalanmış və münaqişələrlə doludünyada münaqişələr, fikir ayrılıqları və mövqe fərqləri hərbiəməliyyatlara, ölüm və dağıntılara çevrilir, bu isə təkcəinsanların həyatına son qoymur, həm də sivilizasiyanın itirilməsiilə nəticələnir.

Vike-Freyberqa forum çərçivəsində aparılacaq müzakirələrin dünyaictimaiyyətinin hazırda hansı mərhələdə olduğu, səhvlərin niyə başverdiyi və ayrı-ayrı şəxslərin və qrupların hansı addımlar atabiləcəyi ilə bağlı qlobal diskussiyaya töhfə verəcəyinə ümidetdiyini bildirib.

Seçilən
11
az.trend.az

1Mənbələr