AZ

Kadırov İranın hücumlarını pislədi

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ramzan Kadırov İran hərbi qüvvələrinin üçüncü ölkələrdə mülki infrastruktura zərbələr endirməsini əsassız hesab etdiyini bildirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, ABŞ və İsrail İranı qəsdən qonşu ölkələri münaqişəyə cəlb edə biləcək addımlar atmağa təhrik ediblər.

O bildirib ki, mülki infrastruktura hücumlar heç bir halda haqlı sayıla bilməz və bu cür addımlar qəbuledilməzdir. Kadırov həm ABŞ-ın zərbələrinin, həm də İranın cavab hücumlarının mülki əhaliyə zərər verdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Əli Fədəvi yeni tipli raketdən istifadə edə biləcəklərini bildirmişdi.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
cebheinfo.az

2Mənbələr