AZ

Kəlbəcərin Zallar kəndinin xarici su təchizatı üçün 5,4 milyon manat xərclənəcək - TENDER

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300300711) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisidir. Ehtimal olunan qiymət 5 381 540 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 20 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Yusif Hüseynov - Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini
[email protected]
+994 55 225 12 31

İddiaçıların tələb olunan sayı: 2

İddiaçılar təkliflərini 20 aprel 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.

Seçilən
26
2
fed.az

10Mənbələr