AZ

Zelenskidən sülh mesajı: “Putinlə razılığa gəlmək lazımdır”

Zelenski bildirib ki, şəxsi münasibətlərdən asılı olmayaraq, Ukraynaya Putinlə sülh lazımdır.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh prosesi və Vladimir Putinlə münasibətləri barədə mühüm açıqlama verib.

O bildirib ki, şəxsi hisslərdən və tərəflər arasındakı xoşagəlməz münasibətlərdən asılı olmayaraq, Ukrayna dövləti üçün sülhün əldə olunması zəruridir.

Zelenskinin sözlərinə görə, ölkədə müharibənin dayandırılması və sabitliyin bərpası naminə Rusiya lideri ilə ortaq məxrəcə gəlmək vacibdir.

O vurğulayıb ki, dövlətin maraqları şəxsi emosiyalardan hər zaman üstün tutulmalıdır.

Prezident həmçinin əlavə edib ki, sülhə gedən yol mürəkkəb olsa da, Ukraynanın gələcəyi üçün bu addımın atılması qaçılmazdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr