AZ

İran amerikalıların olduğu binanı VURDU, neft yataqları BOMBALANDI – Savaş ALOVLANIR

İran ordusu Küveytdə yerləşən və içərisində amerikalıların olduğu bildirilən binaya zərbələr endirib. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri Tehranın təxminən 27 km cənub-qərbində yerləşən Rabat Kərimdəki sənaye zonasına zərbə endirib.

“Biz İranın 58 dəniz gəmisini məhv etdik. Belə deyək: onların donanmasını. Həmçinin mina yerləşdirən gəmiləri də məhv etdik. Gecələr minalar yerləşdirirlər. Onların da 31 dənəsini sıradan çıxartdıq. Nə gözəl işdir, elə deyilmi? Gəmiləri partlatmaq”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz İranı tez tərk etmək istəmirik, elə deyilmi? İşi bitirməliyik, elə deyilmi? Son 11 gün ərzində ordumuz İranı faktiki olaraq məhv etdi. Hər iki ildən bir geri qayıtmaq istəmirik. Çünki nə vaxtsa mənim prezident olmadığım bir vaxt olacaq. Və bəlkə də keçmişdə olduğu kimi zəif, acınacaqlı bir insanınız olacaq”, - Tramp bildirib.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi tədqiqatçı Çingiz Məmmədovla İranı müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
96
musavat.com

1Mənbələr