AZ

Elektron ticarət və rəqəmsal xidmətlərdə istehlakçı hüquqlarının qorunması vacibdir - Cəfər Babayev

Bakı. Trend:

“2025-ci ilin təhlilləri göstərir ki, istehlakçılarla istehsalçıqurumlar arasında yaranan mübahisələrlə bağlı Agentliyə daxil olanmüraciətlərin təxminən 30 faizi rəqəmsal sahə ilə əlaqədardır”.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrininbirinci müavini Cəfər Babayev bu gün Bakıda Ümumdünya İstehlakçıHüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyadaistehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər vətəhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın statistikasına əsasən, həril elektron platformalarda həyata keçirilən ticarət dövriyyəsinin,eləcə də ödənişlərin sayı və həcmi durmadan artır:

"Bu sahədə istehlakçı hüquqlarının müdafiə olunması üçünagentliyin dövlət orqanı kimi qanunvericiliklə müəyyən edilmiş birsıra səlahiyyətləri mövcuddur. Bununla yanaşı, biz yalnız qanununbizə verdiyi imkanlarla deyil, həm də mövcud “yumşaq güc”alətlərindən istifadə etməklə istehlakçı hüquqlarının qorunmasınıtəmin etməyə çalışırıq”.

"Ellektron ticarət sahəsində formalaşan münasibətlər göstərirki, artıq ənənəvi istehlakçı–sahibkar münasibətlərinə fərqliprizmadan yanaşmaq zəruridir. Bu səbəbdən biz elektron platformasahibləri və sahibkarlarla mütəmadi görüşlər keçirir, bu görüşlərzamanı istehlakçı hüquqlarının daim diqqət mərkəzindəsaxlanılmasının vacibliyini vurğulayırıq. Digər tərəfdən,istehlakçılarla da işimiz davam etdirilir. Bu sahədə ən güclüalətimiz maarifləndirmədir. Maarifləndirmə prosesindəistehlakçılara qanunvericiliklə onlara verilmiş hüquqlar barədəmümkün qədər ətraflı məlumat verilir və elektron ticarət zamanıqarşılaşa biləcəkləri risklərdən necə qoruna biləcəkləri izaholunur”, o, əlavə edib.

Seçilən
55
az.trend.az

1Mənbələr