AZ

Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqlayıb

Bakı.Trend:

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılanəməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadradüşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınınhərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqəsonra Şuşa əməliyyatı başlanacaqdı.

Trend xəbərverir ki, həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci ilnoyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüştapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyətistiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktlarıaçıqlayıb.

Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəriistiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmriverilib.

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbiavtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıxmeşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülərdüşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarınıyandırmadan, ay işığında irəliləyiblər.

Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur vənəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyətdöyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunlarınbölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərinmüdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulandigər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.

Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrləbirlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunlarınxüsusi təyinatlıları noyabrın 2-dən etibarən Hadrut qəsəbəsindəyerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəkiəməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsindəböyük şücaət və qəhrəmanlıq göstəriblər.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlısəhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlərNazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksəkigidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.

Məqalədə:
Seçilən
129
17
az.trend.az

10Mənbələr