1993-cü ildə Türkiyəni çəkindirmək üçün elan edilən Yunanıstan-Kipr "Birgə Müdafiə Doktrinası" İran böhranı bəhanəsi ilə yenidən aktivləşdirilib.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu çərçivədə Afina Cənubi Kipri İranın mümkün raket hücumlarından qorumaq bəhanəsi ilə bölgəyə iki freqat və dörd F-16 qırıcı təyyarəsi göndərib.
Buna cavab olaraq Türkiyə Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı F-16 qırıcı təyyarəsi yerləşdirib.
Bununla yanaşı Afina, qeyri-hərbi Kerpe adasında Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirib. Türkiyə Xarici İşlər Nazirliyi Afinanı sərt şəkildə tənqid edərək bu addımı "fürsətçilik" adlandırıb.
Afina həmçinin İran böhranını səbəb göstərərək Bolqarıstanın hava müdafiəsini "Patriot" sistemləri və F-16 təyyarələri ilə dəstəkləyəcəyini açıqlayıb. Patriot təyyarələrinin Yunanıstan-Bolqarıstan sərhədinə yerləşdirilməsi planlaşdırılsa da, Yunanıstan mətbuatı iki F-16 təyyarəsinin qeyri-hərbi Lemnos adasında yerləşdiriləcəyini bildirib.