
Yaxın Şərqdə gərginliyin artması fonunda Tehranda Vaşinqtonla danışıqlar məsələsi nəzərdən keçirilmir.
Missiya.Az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Onun sözlərinə görə, mövcud şəraitdə İranın əsas məqsədi milli suverenliyi və ərazi bütövlüyünü qorumaqdır.
Cəlali qeyd edib ki, belə bir vəziyyətdə ABŞ ilə hər hansı danışıqlar gündəmdə deyil:“Ölkənin əsas məqsədi milli suverenliyi və ərazi bütövlüyünü qorumaqdır. Bu şəraitdə heç kim ABŞ ilə danışıqları nəzərdən keçirmir”, – deyə səfir bildirib.
Seyranə QuliyevaMissiya.Az