ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.
Reyting.az Gəncə Şəhər Prokurorluğuna istinadla bildirir ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
İlkin araşdırmalarla E. Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.