AZ

Paşinyandan ayrılan Annanın görüntüləri təəccüb doğurdu FOTO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyanın ötən gün iştirak etdiyi məclisdəki hərəkətləri diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Şahidlərin sözlərinə görə, Akopyan tədbir boyu rəqs meydançasını tərk etməyib və yüksək əhval-ruhiyyədə olub. Bildirilir ki, onun bu xoş əhvalı Paşinyandan ayrılması ilə bağlı ola bilər”, – deyə qeyd edilib.

Xatırladaq ki, fevralın 27-də Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlamışdı. O bildirmişdi ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir. Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr