AZ

PUA hücumu - Kubanda neft anbarı yandı

Krasnodar diyarının Tixoretski rayonundakı neft anbarına pilotsuz təyyarənin qalıqları düşüb və 150 ​​kvadrat metr ərazini əhatə edən yanğın baş verib.

Herbiand.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar qərargahının məlumatında deyilir.

Məlumata görə, xəsarət alan olmayıb.

"Tixoretski rayonundakı neft anbarında baş verən yanğına pilotsuz təyyarənin qalıqlarının düşməsi səbəb olub. Xəsarət alan olmayıb. Yanğının ümumi sahəsi 150 kvadrat metrdir. Yanğının söndürülməsində 83 nəfər və 26 texnika iştirak edir, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mütəxəssisləri də var", - deyə açıqlamada bildirilir.

Seçilən
55
herbiand.az

1Mənbələr