AZ

"İranın elektrik sistemini 1 saata məhv edə bilərik" - Tramp

ABŞ istəsə, İranın elektrik şəbəkəsini bir saat ərzində məhv edə bilər.
 
Moderator.az xəbər verir ki, bunu prezident Donald Tramp Ohayo və Kentukkiyə səfərdən qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə deyib:
 
"Biz Tehranın bəzi yerlərinə və digər yerlərə zərbə endirə bilərik. Əgər bu baş verərsə, onların ölkəni yenidən qurması faktiki olaraq mümkün olmayacaq. Amma biz bunu istəmirik".
 
Onun sözlərinə görə, ABŞ eyni vaxtda İranın elektrik şəbəkəsinə zərbə endirə bilər: "Biz onların elektrik şəbəkəsini bir saat ərzində sökə bilərik. Və onu yenidən qurmaq üçün 25 il lazım olacaq".
 
Qeyd edək ki, son 2 gündə İran bir neçə dəfə İsrail və Körfəz ölkələrində elektrik stansiyalarına zərbə endirməyə çalışıb.
 
Seçilən
29
2
moderator.az

6Mənbələr