1news.az: media məkanında 19 il
1news.az İnformasiya saytının fəaliyyətə başlamasının növbəti ildönümünü qeyd edir – portalın 19 yaşı tamam olur. Fəaliyyəti ərzində sayt ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə işıqlandıraraq Azərbaycanın tanınmış onlayn xəbər platformalarından birinə çevrilib. Yarandığı gündən 1news.az siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərləri mütəmadi olaraq təqdim edir. Portal eyni zamanda analitik materiallar, müsahibələr, müəllif köşələri və videoreportajlar dərc edərək oxuculara hadisələrə daha geniş baxış imkanı yaradır. İllər ərzində 1news.az redaksiyasında peşəkar jurnalist və ekspertlərdən ibarət güclü komanda formalaşıb. Məzmun müxtəlifliyi sayəsində sayt həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş oxucu auditoriyası qazanıb. Bu gün portal inkişafını davam etdirir, informasiyanın təqdimatında yeni formatlar tətbiq edir və oxucular üçün rəqəmsal imkanlarını genişləndirir. Artıq 19 ildir bizimlə olduğunuz üçün təşəkkür edirik! Bizi sosial şəbəkələrdə izləyin: 1news.az Facebookda: www.1NEWS.az və 1news.az Azərbaycanca 1news.az Instagramda 1news.az Telegramda 1news.az WhatsAppda