AZ

Oman əsas neft terminalını qorumağa çalışır: bütün gəmilər ərazidən çıxarıldı

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Oman hökuməti ehtiyat tədbiri olaraq ölkənin paytaxtı Maskat şəhərindən təxminən 15 km məsafədə yerləşən əsas neft ixrac terminalının ətrafından bütün gəmiləri çıxarıb.

Bizimyol.info xəbər verir ki, "Kpler" analitik şirkətinin məlumatına görə, Mina al‑Fahal Terminalı vasitəsilə Oman körfəzi sahilindən hər gün təxminən 1 milyon barel Oman nefti ixrac olunurdu.

Bundan əvvəl dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan Britaniyanın "Ambrey" şirkəti bildirib ki, Salala limanı ərazisinə endirilən zərbə nəticəsində neft anbarlarına ziyan dəyib.

Oman "News Agency" (ONA) isə məlumat yayıb ki, liman ərazisinə bir neçə pilotsuz uçuş aparatı göndərilib. Onların bir qismi hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib və hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
icma.az

1Mənbələr