AZ

"Barselona"nın əsas transfer hədəfi bilindi

"İnter" klubunun müdafiəçisi Alessandro Bastonini karyerasını İspaniyada davam etdirə bilər. Metbuat.az xəbər verir ki, "Barselona" futbolçunun transferində digər klublarla müqayisədə üstünlük əldə edib. "TEAMtalk" nəşrində dərc edilən xəbərə görə, Alessandro Bastonini "Barselona" üçün prioritet transfer hesab edilir. Transferin 80-100 milyon avro civarında reallaşa biləcəyi irəli sürülür.

Qeyd edək ki, Alessandro Bastonini bu mövsüm 35 matçda iki dəfə fərqlənib, 6 məhsuldar ötürmə verib. Futbolçunun “İnter”lə müqaviləsi 2028-ci ildə yekunlaşır.

Seçilən
77
metbuat.az

1Mənbələr