AZ

UNICEF: Müharibə nəticəsində 1100-dən çox uşaq ölüb və ya yaralanıb

AzVision.az bu barədə Reuters agentliyinə istinadla məlumat verir.

"Uşaqların öldürülməsi və ya şikəst edilməsi, eləcə də onlar üçün vacib xidmətlərin məhv edilməsi və ya fəaliyyətinin pozulması heç nə ilə əsaslandırıla bilməz" - deyə, UNICEF bəyanat yayıb.

Təşkilatın bəyanatında vurğulanır ki, silahlı münaqişələr zamanı uşaqların hüquqlarının pozulması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqlarının pozulması hesab olunur.

M.Həsənli
AzVision.az

Seçilən
91
2
azvision.az

3Mənbələr