AZ

ABŞ və Rusiya nümayəndə heyətləri əlaqəni davam etdirmək barədə razılığa gəlib

BAKI, 12 mart. TELEQRAF

ABŞ və Rusiya nümayəndə heyətləri Florida ştatında keçirilən görüş zamanı bir sıra məsələləri müzakirə edib və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə RT ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa istinadən məlumat yayıb.

Uitkoff bildirib ki, görüşdə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ-nin keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ Ümumi Xidmətlər Administrasiyasının Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrünbaum da iştirak ediblər.

Bundan əvvəl Uitkoff Ukrayna ilə bağlı danışıqlar prosesinin irəlilədiyini də qeyd etmişdi.

Seçilən
72
teleqraf.com

1Mənbələr