AZ

73 yaşlı məşhur evdən qovuldu: 100 min manat borcu var imiş FOTO

ain.az, Olke.az saytına istinadən bildirir.

ABŞ-ın 73 yaşlı məşhur aktyoru Mikki Rurk evindən çıxarılıb. Buna səbəb onun uzun müddətdir ödəmədiyi kirayə borcu olub.

Ölkə.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

Aktyor Los-Ancelesdə Dreksel prospektində yerləşən ispan üslublu bir mərtəbəli bağ evini kirayə götürmüşdü.

Məhkəmə sənədlərinə əsasən, iki gün əvvəl Los-Anceles Ali Məhkəməsi evin idarəçiliyini mülk sahibi Erik T. Qoldinin nəzarətinə verilməsi barədə qiyabi qərar qəbul edib. Aktyor maraqlarını müdafiə etmək üçün məhkəmə iclasında iştirak etməyib.

Bildirilir ki, 2025-ci ilin dekabrında Rurka rəsmi bildiriş təqdim olunub. Həmin bildirişdə ondan 60 min dollar (102 min manat) məbləğində gecikmiş kirayə haqqını ödəməsi və ya evi tərk etməsi tələb olunub. Borc ödənilmədiyi üçün aktyor evdən çıxarılıb.(publika)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
olke.az

3Mənbələr