AZ

Çeçenistan rəhbəri BƏƏ-yə endirilən zərbələri PİSLƏDİ

Ramzan Kadirov İrandakı müharibə və BƏƏ-yə zərbələr barədə ilk dəfə danışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadirov məlumat yayıb.

Çeçenistan lideri bildirib ki, ABŞ və İsrail müqəddəs Ramazan ayında İrana “xaincəsinə hücum” etməklə bütün İslam dünyasına nifaq salmağa çalışıblar.

Kadirov İranın Amerika hərbi bazalarına endirdiyi zərbələri “düşmənə verilən gözlənilən cavab” adlandırıb.

Bununla belə, o, mülki əhalinin hədəfə alınmasını qəti şəkildə pisləyib.

“Aydın başa düşmək lazımdır ki, mülki infrastruktura endirilən zərbələrə və dinc sakinlərin ölümünə heç bir halda bəraət qazandırıla bilməz. Bu hadisələrdən Yaxın Şərq sakinləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları zərər çəkib”, – Kadirov vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
92
interpress.az

1Mənbələr