AZ

Valverdedən öncə ÇL də yalnız bir uruqvaylı het trik edib

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Mançester Siti"ni 3:0 hesabı ilə yenən "Real Madrid"in hücumçusu Federiko Valverde tarixə düşüb.

Fanat.Az xəbər verir ki, het-triklə yadda qalan Federiko ÇL-də bir oyunda 3 qol vura bilən ikinci uruqvaylı olub.

Onun həmyerliləri arasında anoloji uğura yalnız "Deportivo"nun sabiq forvardı Valter Pandiani imza atıb. Pandiani bu nəticəni 2000/2001 mövsümündə reallaşdırıb.

Qeyd edək ki, Valverde peşəkar futbolçu karyerasında ilk dəfə het-trik edib.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
1
fanat.az

2Mənbələr