AZ

İranda "qara yağış"ın nəticələrinin fotoları ortaya çıxıb

İsrailin yanacaq anbarlarına endirdiyi zərbələrdən sonra Tehranda “qara yağış” yağdığı bildirilir. Time nəşrinin məlumatına görə, şəhər üzərində qalın qara tüstü qalxıb və paytaxtdan onlarla kilometr uzaqda tünd rəngli yağıntılar müşahidə olunub.

QHT.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti xəbərdarlıq edib ki, böyük yanğınlardan sonra yağan bu cür yağışlar turşulu və təhlükəli ola bilər. Bu isə dəridə kimyəvi yanıqlara və tənəffüs yollarında ciddi problemlərə səbəb yarada bilər.

Ümumdünya Səhiyyə Təşkilatı da potensial sağlamlıq riskləri barədə xəbərdarlıq edərək bildirib ki, atmosferə zəhərli karbohidrogenlər, kükürd oksidləri və azot birləşmələri yayılıb. Hakimiyyət orqanları sakinləri mümkün qədər evdə qalmağa çağırıb.

Seçilən
109
qht.az

1Mənbələr