AZ

Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir VİDEO

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Ölkədə çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, bu istiqamətdə təkliflər Milli Məclisin Əmək və sosial siyasət komitəsinə, eyni zamanda, aidiyyəti dövlət qurumuna təqdim olunub.Deputatın sözlərinə görə, üç və daha çox uşağı olan ailələr üçün həm sosial güzəştlərin tətbiqi, həm də həmin ailələrdə böyüyən uşaqlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədəuyğundur.

Deputat, həmçinin bu kateqoriyadan olan ailələr üçün erkən pensiya təyinatının tətbiqinin sosial baxımdan vacib olduğunu bildirib.

Həmçinin vurğulayıb ki, çoxuşaqlı ailə anlayışı 5-dən 3-ə endirilsə, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək.

"Bu həm təbii artımın təşviqinə, həm də həmin ailələrin sosial təminatının daha da gücləndirilməsinə mühüm töhfə verər",-deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
2
azxeber.com

3Mənbələr