AZ

Xorvatiya prezidenti: “Aİ vahid dövlət deyil, “pişik sürüsü”dür”

“Avropa İttifaqı ölkələri ortaq ordusu və xarici siyasəti olan tək bir güclü dövlət deyil”.

NOCOMMENT.az xəbər verir ki, bunu Xorvatiya prezidenti Zoran Milanoviç bildirib.

“Müdafiə məsələsinə gəldikdə, hər kəs yalnız özünü düşünür. Ortaq müdafiəsi və xarici siyasəti olan bir növ Avropa hiperdövləti ideyası gerçəkləşməyəcək. Avropa pişik sürüsüdür, ev pişikləridir. Hər biri öz yolu ilə gedəcək; onlar canavar deyillər”, – Milanoviç xorvatiyalı jurnalistlərə bildirib.

Xorvatiya prezidenti həmçinin ABŞ prezidenti Donald Trampın “beynəlxalq hüququ müdafiə etməyə cəsarət edən” İspaniya baş naziri Pedro Sançesə qarşı təhdidlərindən də bəhs edib. “Almaniya kansleri isə Amerika prezidentinin yanında bir neçə xəritə ilə oturub gülümsəyir. Sanki bunun ona dəxli yoxdur”, – Milanoviç vurğulayıb.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan bəri Madrid və Vaşinqton arasında gərginlik artıb. İspaniya əvvəlcə onlara qarşı çıxıb. İspaniya daha sonra ABŞ-ın İrana qarşı hərbi əməliyyatı üçün krallıqda yerləşən bazalardan istifadəsinə qarşı olduğunu açıqlayıb.

Daha sonra Tramp ABŞ-nin İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu bildirib. O, Madridin hərbi xərclərin ÜDM-in 5%-ə qədər artırılmasına qarşı çıxdığını xatırladıb. Amerika lideri həmçinin iddia edib ki, Madridin narazılığına baxmayaraq, ölkə ordusu İspaniyadakı bazalardan İrana qarşı əməliyyatda istifadə edə bilər. /musavat.com /

Seçilən
29
1
nocomment.az

2Mənbələr