AZ

“Yuventus” UEFA-nın maliyyə sanksiyalarından yayınmaq üçün Qattini sata bilər

“Yuventus” klubu UEFA sanksiyalarından yayınmaq üçün iyunun sonuna qədər əhəmiyyətli transfer satışını həyata keçirməyə məcburdur.

İdman.Biz bu barədə Tuttosport-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Turin klubu maliyyə ilinin sonuna qədər 25 milyon avro qazanmalıdır. “Yuventus”un maliyyə idarəçiliyi milli və beynəlxalq qurumlar tərəfindən ciddi nəzarət altındadır. Klub həmçinin satışa çıxarılacaq əsas namizəd hesab edilən müdafiəçi Federiko Qatti ilə yollarını ayırmağı da nəzərdən keçirə bilər. “Nottingem Forest” yanvar ayında oyunçu ilə maraqlandığını bildirib.

Qatti bu mövsüm 22 matçda dörd qol vurub.

İdman.Biz
Seçilən
83
1
idman.biz

2Mənbələr