AZ

İran: Neftin 200 dollara qalxmasına hazır olun

İranın "Fars News Agency" agentliyi hərbi sözçünün açıqlamasını yayıb.

Marja xəbər verir ki, iranlı rəsmi bildirib:

“ABŞ-ın, sionist rejimin (İsrail hakimiyyəti) və ya onların tərəfdaşlarının maraqlarına xidmət edəcək şəkildə Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə verməyəcəyik”.

Sözçü əlavə edib: “Neftin bir barelinin 200 dollara qalxmasına hazır olun, çünki neftin qiyməti sizin sabitsizləşdirdiyiniz regional təhlükəsizliklə bağlıdır”.

İranın hərbi sözçüsü bildirib ki, İran düşmənlərinə “qarşılıqlı hücumlardan” "davamlı hücum" mərhələsinə keçəcək və ABŞ neft qiymətlərini nəzarətdə saxlaya bilməyəcək.

Ən azı 839 hücum

Bildirilib ki, İran ABŞ və İsrail hücumlarına cavab olaraq 28 fevraldan bəri 7 ərəb ölkəsində yerləşən ABŞ hərbi bazalarına və strateji obyektlərə ən azı 839 raket zərbəsi endirib.

ABŞ və İsrailin İrana hücumları və İranın cavab zərbələri davam etdiyi bir vaxtda Körfəz regionunda bir çox mühüm obyektlər hədəfə alınıb.

Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hücumlar indiyədək çox uğurlu olub və İranın donanması, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri böyük ölçüdə zərərsizləşdirilib, lakin əməliyyatlar hələ başa çatmayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Kentukki və Ohio ştatlarına səfəri öncəsi jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.

Marja xəbər verir ki, İrana qarşı hücumların ABŞ üçün indiyədək “çox uğurlu” getdiyini deyən Tramp, İranın hərbi potensialının böyük hissəsinin zərərsizləşdirildiyini iddia edib.

İrana qarşı əməliyyatların nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verən Tramp bildirib: “İranı tarixdə heç bir ölkənin vurulmadığı qədər sərt şəkildə vurduq, amma hələ bitirməmişik”.

Trampın daha əvvəl dediyi “İranda vurulacaq demək olar ki, heç bir yer qalmayıb, istəsəm müharibəni istədiyim vaxt bitirərəm” sözlərindən sonra son açıqlamasında "hücumların hələ tamamlanmadığını" deməsi diqqət çəkib.

ABŞ Prezidenti əlavə edib: “Onlar donanmalarını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini, radarlarını və liderlərini itirdilər. İstəsək daha çoxunu edə bilərik”.

İş elanları AzVak.az-da

Seçilən
51
marja.az

1Mənbələr