AZ

İran iki gəmini raketlərlə hədəfə aldı

İran ABŞ və İsraillə əlaqəli iki gəmini Hörmüz boğazından keçməyə cəhd edərkən raketlərlə hədəfə alıb.Metbuat.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb. Açıqlamada Hörmüz boğazının ABŞ və tərəfdaşlarının keçidi üçün bağlı olduğu təkrarlanıb. Bəyanatda deyilir ki, sionist rejimə məxsus Liberiya bayrağı altında üzən “Express Rome” gəmisi Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, Hörmüz boğazından qanunsuz keçməkdə israr edib. Ardınca gəmi İran raketləri ilə hədəfə alınıb. “Mayuree Naree” konteyner gəmisi də İran qırıcıları tərəfindən hədəfə alınıb.

Bəyanatda həmçinin Hörmüz boğazının İranın nəzarəti altında olduğu qeyd edilib.

Seçilən
55
42
metbuat.az

10Mənbələr