AZ

Paşinyan Qarabağ ermənilərinə xəbərdarlıq etdi…

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və yanlış ümidlərə qapılmamalıdırlar.

Turkusta.az xəbər verir ki, Paşinyan Avropa Parlamentində çıxış edərkən deyib:

“Bizim əsas vəzifələrimizdən biri odur ki, qarabağlı qardaş və bacılarımızın emosiyaları sui-istifadə edilməsin və onlara yalancı ümidlər verilməsin”.

Baş nazir vurğulayıb ki, qarabağlı ermənilər Ermənistan vətəndaşlığını almalı və ölkədə daimi yaşayış qurmalıdırlar. O qeyd edib ki, artıq onların yerləşdirilməsi proqramı başlayıb və hazırda 4 886 ailə bundan yararlanıb .

Bu açıqlama Ermənistan hökumətinin Qarabağdan köç edən ermənilərin statusunu rəsmi şəkildə tənzimləmək və onları ölkədə sabit şəkildə yerləşdirmək niyyətini göstərir./Globalinfo.az/

Seçilən
31
turkustan.az

1Mənbələr