AZ

Ərdoğandan İrana hücumla bağlı gözlənilməz açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İrana qarşı həyata keçirilən hücumlar qlobal iqtisadiyyata ciddi təsir göstərir və bunun nəticələrini bütün dünya hiss edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri parlamentdə çıxışı zamanı qeyd edib ki, münaqişə xüsusilə enerji bazarlarına təsir edir və neft qiymətlərinin artması qlobal iqtisadiyyata əlavə təzyiq yaradır.

Onun sözlərinə görə, yaranan vəziyyət təkcə münaqişədə iştirak edən ölkələrə deyil, bütün dünya dövlətlərinə mənfi təsir göstərəcək.

“İrana edilən hücumlar ilk növbədə neft qiymətlərinin artması səbəbindən qlobal iqtisadiyyata ciddi təzyiq göstərir. Təkcə münaqişədə iştirak edən ölkələr deyil, bütün dünya artıq bunun nəticəsini ödəməyə hazırlaşır. Bu mənasız, haqsız və qanunsuz müharibə davam edərsə, daha çox insan itkisi və maddi ziyan baş verəcək, qlobal iqtisadiyyata dəyən zərər isə daha da artacaq”, – deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, regionun genişmiqyaslı xaosa sürüklənməsinin qarşısını almaq üçün vəziyyətə vaxtında müdaxilə olunmalıdır. O qeyd edib ki, diplomatiyaya imkan verildiyi halda gərginliyin azaldılması mümkündür.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr