AZ

Sobolenko braziliyalı biznesmenə könül verdi

Belaruslu tennisçi Arina Sobolenko tezliklə ərə getməyə hazırlaşır. O, 2024-cü ildən bəri münasibətdə olduğu yunan əsilli braziliyalı biznesmen Georgios Franqulisdən evlilik təklifi alıb.

"Football-plus.az" xəbər verir ki, dünyanın bir nömrəli qadın tennisçisi bununla bağlı videonu sosial şəbəkə hesablarında yayıb. Videoda Franqulisin Sobolenkoya evlənmək təklifi etdiyi, onun isə razılıq verdiyi görünür. Arina videonu bu sözlərlə müşayiət edib: “Sən və mən - əbədi”.

27 yaşlı belaruslu xanım indiyə qədər 4 “Böyük dəbilqə” turnirinin qalibi olub, ümumiyyətlə, fərdi yarışlarda 22 titulu var.

Seçilən
22
1
football-plus.az

2Mənbələr