AZ

Qətərdən ABŞ-yə İran QADAĞASI: Ərazimizdən hücum etmək olmaz

Qətər ABŞ-nin öz ərazisindən İrana hücum etməsinə icazə verməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri məlumat yayıb.

Qətər rəsmisi bildirib ki, ölkəsi Birləşmiş Ştatlara İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar və hava zərbələri üçün öz ərazisindən istifadə etməyə icazə verməyib.

Doha bu addımı ilə regiondakı hərbi gərginlikdə birbaşa iştirak etmək niyyətində olmadığını nümayiş etdirib.

Bəyanatda vurğulanıb ki, Qətər regionda sabitliyin tərəfdarıdır və öz suveren ərazisinin qonşu ölkələrə qarşı hərbi plasdarm kimi istifadə olunmasına qarşı çıxır.

Qeyd edək ki, Qətərdə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri olan “Əl-Udeyd” bazası yerləşir.

Lakin rəsmi Dohanın mövqeyi göstərir ki, bazanın fəaliyyəti və istifadəsi ölkənin milli maraqları və regional təhlükəsizlik prinsipləri çərçivəsində tənzimlənir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr